AZ

Haaland gizli balıq tutmağa getdi, lakin… - Foto

“Mançester Siti”nin və Norveç millisinin hücumçusu Erlinq Haaland Mançesterdən 500 km aralıda yerləşən Nyuquayda balıq tutmaq üçün matçlar arasında qısa fasilə vermək qərarına gəlib.

Publika.az xəbər verir ki, o, dostu ilə birlikdə yerli balıqçı Deyv Trebilkokun təşkil etdiyi səyahətə çıxıb və hətta şəxsi helikopterdən istifadə edib.

Trebilkok məxfi balıq ovu üçün bir sorğu alıb, ancaq müştərisinin bir futbol ulduzu olduğunu dənizə getməzdən əvvəl öyrənib.

Bununla belə, Haaland diqqətdən kənarda qala bilməyib. Sahilə qayıtdıqdan sonra pərəstişkarları onu tanıyıb və bir neçə foto çəkdiriblər.

Seçilən
19
23
publika.az

10Mənbələr