AZ

Serbiyada minlərlə insan etiraz aksiyasında iştirak edir

Belqradda keçirilən genişmiqyaslı etiraz aksiyasının iştirakçıları Serbiya Prezidenti Aleksandar Vuçiçin tərəfdarlarına məxsus traktorları sıradan çıxarıblar.

"Report"un yerli mətbuata istinadən verdiyi məlumata görə, minlərlə etirazçı prezidentin tərəfdarlarının istifadə etdiyi traktorların şüşələrini sındırıb və təkərlərini boşaldıblar.

Tələbə düşərgəsinin yerləşdiyi Belqradda “Pioner” parkının ətrafında iki yüzə yaxın traktor peyda olub, nəqliyyat vasitələrinin sürücüləri universitetləri dörd aylıq tətilinə son qoymağa çağırıb. Axşam saatlarında etirazçılar traktorları sıradan çıxarıb, kiçik hissələrini və dövlət nömrə nişanlarını zədələyib, təkərləri deşib və pəncərələrinin şüşələrini sındırıblar.

Qeyd edək ki, Vuçiç martın 8-də Serbiyada tələbə etirazlarının radikallaşmasından danışıb. “Bu onunla bağlıdır ki, ən çox müxalif siyasi partiyalar tərəfindən təşkil edilən etiraz aksiyalarına dəstək düşür”, - Vuçiç deyib.

Serbiyada kütləvi etirazlar bir neçə aydır, davam edir. Ölkədə etirazlar Novi-Sad şəhərinin dəmir yolu vağzalında baş verən insidentlə bağlı başlayıb. Noyabrın 1-də günorta saatlarında stansiya binasının giriş qapısının üzərinə şüşə, metal və betondan hazırlanmış çardaq uçub. Nəticədə onlarla insan yaralanıb.

Seçilən
31
1
azpolitika.info

2Mənbələr