AZ

Misli Premyer Liqasında oyun günü

Misli Premyer Liqasının 27-ci turunda bu gün iki oyun keçiriləcək.

İki sahil”in məlumatına görə, günün ilk oyununda “Qarabağ” Tovuzda “Kəpəz”in qonağı olacaq.

Qeyd edək ki, hazırda 63 xalla Ağdam klubu turnir cədvəlinin vahid lideridir. “Kəpəz” isə 22 xalla doqquzuncu pillədə qərarlaşıb.

Günün ikinci yarışında isə “Sabah” “Zirə”ni qəbul edəcək.

Xatırladaq ki, “Sabah” 34 xalla turnir cədvəlinin beşinci, “Zirə” isə 51 xalla ikinci pillədə qərarlaşıb.

Misli Premyer Liqası

27-ci tur

15 mart

17:00. “Kəpəz” - “Qarabağ”

Hakimlər: Fərid Hacıyev, Vüsal Məmmədov, Rəhman İmami, Rəvan Həmzəzadə

VAR: Cavid Cəlilov

AVAR: Akif Əmirəli

Tovuz şəhər stadionu

 

19:30. “Sabah” - “Zirə”

Hakimlər: Rəşad Əhmədov, Rahil Ramazanov, Teymur Teymurov, Əli Əliyev

VAR: Nicat İsmayılov

AVAR: Cəmil Quliyev

Bank Respublika Arena”

Seçilən
25
ikisahil.az

1Mənbələr