“TikTokun ABŞ-də fəaliyyətini davam etdirməsinə imkan verəcək satış razılaşması aprelin 5-dək əldə oluna bilər.”
APA xəbər verir ki, bunu ABŞ-nin vitse-prezidenti Devid Vens “NBC News”a müsahibəsində deyib.
"Milli təhlükəsizlik məsələləri ilə bağlı narahatlığımızı aradan qaldırmaq üçün "TikTok"la bağlı ABŞ-da ayrı bir qurumun yaradılmasına imkan veriləcəyinə inanıram", -deyə, Vens qeyd edib.
Qeyd edək ki, yanvarın 20-də ABŞ prezidenti Donald Tramp andiçmə mərasimindən sonra bu platformanın ABŞ-də bloklanmasını ən azı 75 gün (aprelin 5-nə qədər) təxirə salınmasını nəzərdə tutan sərəncam imzalayıb.
O, həmçinin jurnalistlərə bildirib ki, ABŞ TikTokun yarısına sahib olmalıdır.