AZ

Tramp CNN, MSNBC telekanallarını korrupsiya və qanunsuz fəaliyyətdə ittiham edir

ABŞ Prezidenti Donald Tramp deyib ki, CNN və MSNBC telekanalları onun hərəkətlərini qanunsuz hesab etdikləri Demokrat Partiyasının siyasi alətləridir.

Bu barədə "Report" xarici KİV-ə istinadən xəbər verir.

"Hesab edirəm ki, mənim haqqımdakı mənfi xəbərlərin 97,6 %-ni yazan CNN və MSNBC Demokratlar Partiyanın siyasi qanadlarıdır. Onlar korrupsioner və qanunsuzdur. Nə qədər böyük qələbə qazansam da, rəqiblərim nə qədər böyük məğlubiyyətə uğrasalar da, bu insanlar həmişə mənə hücum edəcəklər", - Tramp ABŞ Ədliyyə Nazirliyindəki çıxışında vurğulayıb.

ABŞ lideri medianı bir-biri ilə koordinasiyaya görə tənqid edərək, onların hakimlərə təsir etdiyini və qanunları dəyişdirdiyini deyib. "Bu qanuni ola bilməz. Biz Amerikada qanunu, asayişi və ictimai təhlükəsizliyi bərpa edirik. Biz FTB-nin, Ədliyyə Nazirliyinin və bütün hökumətimizin ən yüksək səviyyələrinə şərəf, dürüstlük və cavabdehliyini qaytarırıq", - o əlavə edib.

Seçilən
18
1
azpolitika.info

2Mənbələr