AZ

DİM-də təlim: "Effektiv nəticələrin əldə edilməsi və çeviklik”

14 mart 2025-ci il tarixində Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları üçün Dövlət İmtahan Mərkəzinin İstedadın psixometrik diaqnostikası və maarifləndirmə sektorunun müdiri Sevinc Məmmədova tərəfindən nəzəri və praktik hissələrdən ibarət olmaqla “Effektiv nəticələrin əldə edilməsi və çeviklik” mövzusunda təlim keçirilib.

AzEdu.az xəbər verir ki, təlim zamanı effektivlik,  nəticələrin effektiv əldə edilməsində çeviklik, çevikliyin növləri, çevikliyin effektiv nəticələr əldə edilməsində təsirinə dair məlumat verilib. Təlim müddətində əsas səriştələrdən biri hesab edilən kommunikasiyaya dair test tapşırıqları, emosional zəkanı təsvir edən videoçarxlar təqdim olunaraq təlimin daha interaktiv keçməsinə imkan yaradılıb. Sonda  iştirakçıların sualları cavablandırılıb.

Seçilən
11
azedu.az

1Mənbələr