AZ

Ər və arvad pomidor turşusundan zəhərləndi

Şəmkir rayonda zəhərlənmə faktı qeydə alınıb.

Axar.az Teleqraf-a istinadən xəbər verir ki, hadisə rayonun İrmaşlı kəndində baş verib.

Kənd sakinləri 1968-ci il təvəllüdlü Arzuman Məmmədzadə və onun həyat yoldaşı Mayisə Bayramova yaşadıqları ünvanda pomidor turşusundan zəhərləniblər.

Hər iki şəxs Şəmkir rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Seçilən
3
axar.az

1Mənbələr