AZ

Premyer Liqa: “Qarabağ” və “Zirə” səfər oyununa çıxır

Azərbaycan Premyer Liqasında XXVII tur davam edir.

Msport.az xəbər verir ki, bu gün daha iki oyun keçiriləcək.

İlk olaraq lider “Qarabağ” autsayderlər zonasında qərarlaşan “Kəpəz”in qonağı olacaq. Tovuz şəhər stadionunda təşkil olunacaq qarşılaşma öncəsi gəncəlilər 22 xalla 9-cu pillədə yer alır. Ağdam klubunun isə aktivində 63 xal var.

Avrokuboklara iddiasını davam etdirən “Sabah” ikinci pillədə yer alan “Zirə”ni qəbul edəcək. “Sabah” ilk “dördlük”dən daha da uzaqlaşmamaq üçün mütləq qalib gəlməlidir. Hazırda Vasili Berezutskinin yetirmələri 34 xalla 5-ci sıradadır. Rəşad Sadıqovun kollektivi isə 51 xala malikdir. “Zirə” qalib gələrsə, 2-ci pillədəki mövqeyini bir qədər də möhkəmlədəcək.

 

Azərbaycan Premyer Liqası

XXVII tur

15 mart (şənbə)

17:00. “Kəpəz” – “Qarabağ”
Hakimlər: Fərid Hacıyev, Vüsal Məmmədov, Rəhman İmami, Rəvan Həmzəzadə
VAR: Cavid Cəlilov
AVAR: Akif Əmirəli
Hakim-inspektor: Əmrah İbrahimov
AFFA nümayəndəsi: İlham Əliyev
Tovuz şəhər stadionu

19:30. “Sabah” – “Zirə”
Hakimlər: Rəşad Əhmədov, Rahil Ramazanov, Teymur Teymurov, Əli Əliyev
VAR: Nicat İsmayıllı
AVAR: Cəmil Quliyev
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Erkin Hüseynov
“Bank Respublika Arena”

Seçilən
30
msport.az

1Mənbələr