AZ

Şəmkirdə iki nəfər qidadan zəhərlənib

Şəmkirdə zəhərlənmə hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun İrmaşlı kəndində baş verib.

Belə ki, İrmaşlı kənd sakinləri, 1968-ci il təvəllüdlü Məmmədzadə Arzuman Hidayət oğlu və 1982-ci il təvəllüdlü Bayramova Mayisə Cabir qızı zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirliblər. Onların vəziyyətlərinin normal olduğu bildirilir.

Məlumata görə, hər iki şəxs yaşadıqları ünvanda qəbul etdikləri qidadan (pomidor turşusu olduğu ehtimal olunur) zəhərləniblər.

Seçilən
10
28
apa.az

10Mənbələr