AZ

Səudiyyə Ərəbistanı XİN: Azərbaycanla Ermənistan arasında sülh razılığının əldə olunmasını alqışlayırıq

Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyi Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında danışıqların başa çatmasını və sülh sazişi üzrə razılığın əldə olunmasını alqışlayır.

APA xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyinin "X" sosial şəbəkəsindəki hesabında paylaşım edilib.

Bildirilib ki, krallıq bu razılaşmanın yeni bir sabitlik və firavanlıq mərhələsinə aparacağına ümid edir.

Seçilən
15
apa.az

1Mənbələr