AZ

XII Qlobal Bakı Forumu dünyanın diqqət mərkəzindədir – Sevinc Hüseynova

“Gülüstan” sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” mövzusunda XII Qlobal Bakı Forumu işə başlayıb. Dünyada qeyri-sabitlik və qarşıdurma ocaqlarının artdığı və Avrasiya miqyaslı geosiyasi dəyişikliklərin baş verdiyi bir zamanda Qlobal Bakı Forumunun əhəmiyyəti olduqca təsirlidir. Qlobal əhəmiyyət kəsb edən beynəlxalq məsələlərin həlli Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvlərinin və uzun illər dövlət və hökumət başçıları, xarici işlər nazirləri kimi yüksək vəzifələrdə çalışmış iştirakçılarının təcrübəsinə və biliyinə əsaslanan çağırışlara zərurət var. Eyni zamanda bir çox qlobal layihələrin ev sahibi olan Azərbaycan Qlobal Bakı Forumu ilə regiona və dünyaya yeni bir baxış təqdim edir.

Bunu YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.
O qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Forumun açılış mərasimində çıxışında olduqca vacib mesajlar səsləndirib: “Ölkəmizin başçısı çıxışımda qlobal miqyasda artan təhdidlərdən, yaranmış yeni situasiyalardan bəhs edib. Azərbaycanlı Cənubi qafqazda yaratmış olduğu yeni reallıq, Ermənistanın 30 illik işğal siyasəti, erməni lobbisinin beynəlxalq miqyasda ölkəmizə qarşı apardığı təbliğat kampaniyasına diqqət çəkilib. Həmçinin bir çox ölkələrin parlamentarilərinin, rəsmi şəxslərinin erməni diasporasının dəstəyi ilə Azərbaycana qarşı qarayaxama kampaniyası həyata keçirildiyi vurğulandı. Prezident İlham Əliyev XII Qlobal Bakı Forumununda həmçinin Ermənistanın Azərbaycanalılara qarşı soyqırımı və etnik təmizləmə siyasəti həyata keçirməsi faktına diqqət çəkib. Dövlət başçısı bildirib ki, Ermənistanın soyqırım siyasətinin nəticəsində Xocalı soyqırımında 613 insan – 100-dən artıq qadın, o cümlədən 60 uşaq qətlə yetirilib. Azərbaycanın öz ərazi bütövlüyü və suverenliyinə diqqət çəkən dövlətimizin başçısı ölkəmizin Cənubi Qafqazda sülh qurmaq niyyətindən bəhs edib. Cənab Prezident Forumda vurğulayıb ki, “Azərbaycan sülh prosesinə bağlıdır və əslində, həmin sülh müqaviləsinin müəllifidir. Sülh müqaviləsi Ermənistanla Azərbaycan arasında müzakirə edilir və demək olar bəndlərin artıq əksər hissəsi razılaşdırılıb”.

Təftiş Komissiyasının sədrinə görə, Qlobal Bakı Forumu uzun illər ərzində qlobal miqyasda aparıcı beynəlxalq konfranslardan birinə çevrilib. Bu mənada martın 13-15-i tarixlərində Bakıda Azərbaycanın prezidenti İlham Əliyevin himayəsi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən XII Qlobal Bakı Forumu beynəlxalq arenada böyük maraqla qarşılanır. Forumda “Dünya düzəninin yenidən düşünülməsi: çağırışların fürsətə çevrilməsi” (“Rethınkıng World Order: Turnıng Challenges Into Opportunıtıes”) mövzusu ətraflı təşkil edilən müzakirələr, səslən fikirlər, verilən mesajlar, edilən çağırışlar xüsusi əhəmiyyətə malikdir. Qlobal tədbirdə hazırkı və keçmiş dövlət və hökumət başçıları, Nobel mükafatı laureatları, beynəlxalq təşkilatlar və vətəndaş cəmiyyətləri də daxil olmaqla, 400-dən çox nümayəndənin iştirakı onun mahiyyətindən xəbər verir. Forumda həmçinin Albaniya Prezidenti Bayram Beqay, Şimali Makedoniya Prezidenti Qordana Silyanovska-Davkova və Monteneqro Prezidenti Yakov Milatoviç də iştirak edir”.

Deputat bildirib ki, Forumda müzakirəyə çıxarılan mövzular qlobal xarakter daşımaqla yanaşı beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir. Yeni şərtlərin və təsirləri meydana çıxdığı, münaqişə ocaqlarının, müharibələrin artdığı dövrdə Bakıdan verilən mesajlar olduqca önəmlidir. Bu mənada Qlobal Bakı Forumunda “Geosiyasi dəyişmələr: Məsuliyyətli tərəfdaşlıq rəqabətə qarşı”, “Çoxqütblü dünya üçün multilateralizmə yenidən baxılması” və “Gələcək üçün BMT paktı: Yeni qlobal konsensusun yaradılması” mövzularında təşkil edilən panellərin onun əhəmiyyətini və əhatə edilən mövzuların xarakterini nümayiş etdirir. Forumda həmçinin sülhə, əməkdaşlığa öz töhfəsini verən şəxslərə 2025-ci il “Nizami Gəncəvi” Beynəlxalq Mükafatı təqdim olunacaq. “Sülhə gedən yol”, “Yeni dünya nizamında orta güclər” və “Sülh – münaqişə sonrası yenidənqurma və regional sabitliyin yenidən bərpası” mövzularında panellərlə yanaşı, Yaxın Şərq və Ukrayna-Avropa Birliyi məsələlərinə həsr olunmuş nahar sessiyalarında da vacib məsələlər müzakirəyə çıxarılacaq. “COP29: Belem üçün sıçrayış- Transformasiyanın sürətləndirilməsi” və “Avropanın gələcəyi” mövzuları gecə sessiyalarında Qlobal Forumun panellərində müzakirə ediləcək. Eyni zamanda yeni texnologiyalar, gender və təhlükəsizlik, iqlim dəyişikliyinin təsiri, qlobal səhiyyə böhranları və onların həlli yolları da forumda müzakirəyə çıxarılacaq mövzular sırasında olacaq. “Yeni dünya üçün yeni texnologiyalar”, “Gender-Təhlükəsizlik-İqlim bağlantısı” və “Qlobal səhiyyə böhranı: Hazırlıq və bərabərlikdə yeni cəbhələr” panellərində vacib mövzulara həsr ediləcək. “Gənclər danışsın, biz dinləyək” paneli isə Qlobal Forumda diqqət çəkən mövzulardan biri kimi yadda qalacaq”.

Seçilən
11
yenigundem.az

1Mənbələr