AZ

Qəzzada ölən jurnalistlərin sayı 206-ya çatdı


İsrail ordusunun Qəzza zolağında həyata keçirdiyi hücumlar zamanı daha bir jurnalist dünyasını dəyişib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Əl-Cəzirə” telekanalı məlumat yayıb .
Məlumata görə, İsrailin Qəzza şəhərini bombalaması nəticəsində fələstinli jurnalist Alaa Haşim aldığı yaralardan vəfat edib.
Telekanalın məlumatına görə, 2023-cü il oktyabrın 7-də Fələstin-İsrail münaqişəsinin kəskinləşməsindən indiyədək Qəzza zolağında ümumilikdə 206 jurnalist həlak olub.  
Fələstin Jurnalistləri Forumu jurnalistlərə beynəlxalq qanunlara və humanitar konvensiyalara uyğun olaraq öz peşə vəzifələrini yerinə yetirmələrinə icazə verməyə çağırıb.
Beynəlxalq Jurnalistləri Müdafiə Komitəsi isə fevral ayında bildirib ki, 2024-cü ildə dünyanın müxtəlif yerlərində 124 jurnalist öldürülüb. Bu rəqəmin təxminən üçdə ikisi (85 nəfər) Fələstin mediasının əməkdaşlarıdır.
Seçilən
15
yeniavaz.com

1Mənbələr