AZ

Qəza törədən xanım sürücü xəsarət aldı

09:56 15.03.2025
09:56 15.03.2025

Abşeron rayonunda 19 yaşlı gənc qız yol qəzasında xəsarət alıb.

Mynews.az-ın məlumatına görə, 2006-cı il təvəllüdlü Əliyeva Ayan Zaur qızının idarə etdiyi avtomobil yol kənarındakı maneəyə çırpılıb.

Hadisə nəticəsində xəsarət alan A.Əliyeva təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub.

Fakt araşdırılır.


Seçilən
15
13
mynews.az

10Mənbələr