AZ

Paytaxtın abad məhəllələrindəki Novruz şənlikləri davam edir - Fotolar

Sevimli Novruz bayramı ənənəvi olaraq ölkəmizin bütün güşələrində olduğu kimi paytaxtımız Bakı şəhərində də geniş qeyd edilir.

Publika.az xəbər verir ki, bununla əlaqədar paytaxtın bütün rayonlarında bayram şənlikləri və konsert proqramları təşkil edilib.

Ənənəvi bayram tədbirləri Bakının Xətai və Yasamal rayonlarında Heydər Əliyev Fondunun Vitse-prezidenti, İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə “Bizim həyət” layihəsi çərçivəsində yaradılan məhəllələrdə qeyd edilib.

Məhəllə sakinləri, ağsaqqallar, şəhid ailələrinin üzvləri, qazilər bayramı yüksək sevinc hissi ilə qeyd ediblər.

Bayramda Novruz atributları, milli mətbəximizin və geyimlərimizin nümunələri nümayiş etdirilib, kəndirbazlar və pəhləvanlar öz məharətini göstərib, müğənnilər müxtəlif mahnılar səsləndirib, Kosa, Keçəl və Bahar qızı toplaşanları şənləndirib və bayram tonqalının ətrafında sakinlərlə birgə rəqs ediblər.

Seçilən
24
28
publika.az

10Mənbələr