AZ

Ukraynalı polkovnik: "7 minə qədər əsgərimiz Kurskda qalıb"

Hazırda Rusiyanın Kursk vilayətində Ukrayna Silahlı Qüvvələrinin (VSO) 7 minə qədər əsgəri var. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin istefada olan polkovniki Sergey Qrabski məlumat yayıb.


Qeyd edilib ki, Ukrayna əsgərlərinin qaçış yolları 24 saat ərzində pilotsuz təyyarələrin hücumuna məruz qalır və bu, hərbçilərin işğal olunmuş əraziləri tərk etməsini çətinləşdirir.

Bundan əvvəl Putin Kurskdan danışarkən sərhəd bölgəsindəki ukraynalı hərbi qruplaşmaların tamamilə təcrid olunduğunu və onların atəş nəzarəti altında qaldıqlarını bildirmişdi. O vurğulayıb ki, bütün əsirlərlə Rusiya qanunlarına uyğun olaraq humanist rəftar edilməlidir. Lakin əcnəbi muzdlular hərbi əsirlərə dair Cenevrə Konvensiyasına daxil deyil. Bundan başqa, Kursk vilayətində dinc əhaliyə qarşı cinayət törədənlərin əməlləri Rusiya hakimiyyəti tərəfindən terrorizm kimi qiymətləndirilir.


Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ukrayna ordusu ötən il gözlənilmədən Rusiyanın Kursk vilayətinə girdi. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.


Tural

Seçilən
13
news365.az

1Mənbələr