AZ

Ukrayna dronlarla Rusiyanı HƏDƏF ALDI 

  Rusiya Hava Hücumundan Müdafiə (HHM) sistemləri ötən gecə Ukrayna Silahlı Qüvvələrinə məxsus 126 pilotsuz uçuş aparatını (PUA) Rusiya Federasiyasının altı regionu üzərində vurub.

Referans "REN TV"yə istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

"Hava hücumundan müdafiə vasitələri gecə ərzində 126 Ukrayna pilotsuz uçuş aparatını məhv edib və ələ keçirib", – deyə nazirliyin bəyanatında qeyd olunub.

Məlumata görə, Ukrayna qüvvələrinə məxsus 64 PUA Volqoqrad vilayəti üzərində vurulub, 38 dron Voronej vilayəti üzərində məhv edilib. Bundan əlavə, 14 pilotsuz aparat Belqorod vilayətində, 7-si Bryansk vilayətində, 2-si Rostov vilayətində, 1 dron isə Kursk vilayəti üzərində vurulub.

Seçilən
4
referans.az

1Mənbələr