Ağstafada piyadanın ölümü ilə nəticələn yol qəzası baş verib.
Modern.az-ın məlumatına görə, hadisə rayonda yerləşən restoranların birinin qarşısında qeydə alınıb. Hərəkətdə olan VAZ 2106 markalı minik avtomobili yolu qarşı tərəfə keçmək istəyən 1985-ci il təvəllüdlü E.Rzayevi vurub. Piyada aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır