2024-cü ildə “Azərbaycan Dəmir Yolları” (ADY) QSC Ağdamdakı vağzal kompleksində tarixi kommunikasiya xətlərinin çəkilməsini tamamlayıb.
İndex.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatda bildirilir.
Sənədə əsasən, Bərdə-Ağdam dəmir yolu xəttinin tikintisi zamanı Bərdə stansiya binası-yük və sərnişin platforması, piyada keçidi, Köçərli stansiyası-sərnişin platforması üzrə işlər tamamlanıb.
Bundan başqa, Təzəkənd dayanacağı-sərnişin platformasının, 9 ədəd qorunan keçid üzrə xidməti binaların, elektrik təchizatı üzrə dirəklərin basdırılması və hava xəttinin çəkilişi, Bərdə yarımstansiya binasının tikintisi, rabitə-işarəvermə üzrə yolda nəzərdə tutulan bütün çöl avadanlıqlarının, Bərdə, Köçərli və Təzəkənd stansiyalarında daxili avadanlıqların quraşdırılması istiqamətində işlər yekunlaşıb. Ağdam Vağzal kompleksində beton konstruksiya işləri, yol işçiləri üçün bina, iri və kiçik ölçülü nəqliyyat vasitələri üçün servis binaları da tamamlanıb.