AZ

"AzSığorta"nın xalis mənfəəti artıb

"AzSığorta" ASC 2024-cü ili 1 milyon 694 min manat xalis mənfəət ilə başa vurub. Şirkət 2023-cü ili 1 milyon 582 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, ötən il "AzSığorta" ASC-nin xalis mənfəəti 112 min manat və ya 7,2% artıb. 

Marja xəbər verir ki, 2024-cü ildə "AzSığorta"nın cəmi əməliyyat gəlirləri 13 milyon 33 min manat, cəmi əməliyyat xərcləri 10 milyon 874 min manat təşkil edib. Müqayisə üçün qeyd edək ki, 2023-cü ildə Şirkətin cəmi əməliyyat gəlirləri 20 milyon 342 min manat, cəmi əməliyyat xərcləri 18 milyon 364 min manat təşkil etmişdi. Ötən il sığorta ödənişlərinin və təkrarsığortaya verilmiş sığorta haqları üzrə xərcilərin kəskin azalması şirkətin cəmi əməliyyat xərclərinin azalmasına səbəb olub. 

Seçilən
15
marja.az

1Mənbələr