AZ

“Neftçi” əsas və amputant komandaları arasında oyun keçirildi - Fotolar

“Neftçi”nin əsas komandası və “Neftçi” amputant komandası üzvlərinin iştirakı ilə yoldaşlıq görüşü təşkil olunub.
 
Bu qarşılaşmada əsas komanda üzvlərindən Emil Balayev, ⁠Rəhman Hacıyev, ⁠Rafael Quzzo, ⁠Murad Məmmədov, ⁠Alfa Konte, Rüstəm Samiqullin, ⁠Höccət Haqverdi, Yeqor Boqomolski, ⁠Ağadadaş Salyanski və ⁠Dembo Darbo meydana çıxıblar.“Neftçi” Futbol Mərkəzində baş tutan oyun “Futbol sevgisi əngəl tanımır!” şüarı altında keçirilib və 3:3 hesabı ilə nəticələnib.
 
Matçdan sonra kapitan Emil Balayev amputant komandasının kapitanına xatirə hədiyyəsi təqdim edib.
 
Qeyd edək ki, “Neftçi” amputant komandası 2023-cü ildə “Neftçi” İdman Klubu İctimai Birliyinin tərkibində yaradılıb.
Seçilən
3
5
moderator.az

9Mənbələr