AZ

Bernardo Mariano: BMT süni intellektin tətbiqini sürətləndirmək üçün imkanlarından istifadə etməlidir

"Azərbaycanda açıq mənbə texnologiyalarından istifadə səviyyəsi bizim üçün maraq doğuran mövzulardan biridir".

APA-nın məlumatına görə, bunu BMT-nin baş katibinin köməkçisi Bernardo Mariano XII Qlobal Bakı Forumunun "Yeni Dünya üçün Yeni Texnologiyalar" adlı panelində deyib.

O bildirib ki, təmsil etdiyi təşkilat nüfuzundan istifadə edərək, ölkələrdə süni intellektin tətbiqini sürətləndirmək üçün təsir imkanlarından istifadə etməlidir:

"Süni zəka sahəsində araşdırma təqribən 60 il vaxt aparıb. Nəticədə "ChatGPT" texnologiyası ortaya çıxdı. Mən hesab edirəm ki, süni zəka daha böyük problemləri həll edə bilər. Süni zəka icmaya xidmət edir, iqlim dəyişikliyi məsələsinin həllində və xüsusilə də insanda itmiş zəkanın bərpasında rol oynayır. Eyni zamanda süni zəkanın mənfi cəhətləri də var. Bu texnologiya insanlığa problem də yarada bilər. Qlobal idarəçiliyə gəldikdə, ümid edirəm ki, biz bu sahədə BMT-nin aparıcı rolundan istifadə edə biləcəyik. "Open Source Technology" mövcud problemlərin yeganə həll yolu deyil. BMT-nin inandırmaq qabiliyyətini nəzərə alaraq hesab edirəm ki, biz süni intellektin tətbiqində ölkələrə təsir edə bilərik. Eyni zamanda Azərbaycanda açıq mənbə texnologiyalarından istifadə səviyyəsi bizim üçün maraq doğuran mövzulardan biridir. Biz elə etməliyik ki, süni zəkanın üç prinsipinə əməl edilsin. Bunlar məlumatların emalı, alqoritm və hesablama gücüdür. BMT öz nüfuzundan istifadə edərək, ayrı-ayrı ölkələrdə süni intellektin təşviqi üçün tədbirlər görməlidir".

Seçilən
32
5
apa.az

6Mənbələr