1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Martın 14-ü gecə saatlarında Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsində avtomobildə partlayış hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, park halında olan 90-TS-849 dövlət nömrə nişanlı "Azsamand" markalı nəqliyyat vasitəsinin partlamasına səbəb baqajında quraşdırılan qaz balonu olub.
Hadisə nəticəsində nəqliyyat vasitəsi yararsız hala düşüb.
Partlayışda xəsarət alan olmasa da, ətrafda olan avtomobillər zərbənin təsirindən zərər görüb.
Fövqəladə Hallar Nazirliyindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, qeyd olunan hadisə barəsində FHN-ə çağırış daxil olmayıb.
Xatırladaq ki, yanvarın 4-də də Bakının Nizami rayonu, Babək prospektində taksi şirkətlərindən birinə məxsus olan "Chevrolet Cobalt" markalı avtomobildə quraşdırılmış, həcmi 200 litr olan qaz balonunda baş vermiş ani partlayış nəticəsidə sürücü İlqar Rzayev müxtəlif dərəcəli xəsarətlər almışdı.
Aygün Mirakif