AZ

Mask "Optimus" robotunun Marsa uçuşunu elan etdi

Teslanın "Optimus" robotları olan kosmik gəmisi 2026-cı ilin sonunda Marsa uçacaq. Bu barədə şirkətin yaradıcısı, amerikalı sahibkar İlon Mask X sosial şəbəkəsindəki səhifəsində bildirib.


"Əgər bu enişlər uğurlu olarsa, o zaman insanların Marsa ayaq basması 2029-cu ildə başlaya bilər. Hərçənd bu, 2031-ci il daha çox ehtimal olunurdu", - iş adamı yazıb.


Fevral ayında Maskın Tesla şirkəti bu il 10.000 insanabənzər Optimus robotu istehsal etməyi planlaşdırdığını bildirmişdi.


Maskın özü bu sayda robotun istehsalına tam söz verməsə də, Teslanın müəssisələrində faydalı işlər görəcək bir neçə min robot yaradılacağına əminliyini ifadə edib.

Tural

Seçilən
6
news365.az

1Mənbələr