Abşeron rayonunda 19 yaşlı gənc qız yol qəzasında xəsarət alıb.
Day.Az axar.az-a istinadən xəbər verir ki, 2006-cı il təvəllüdlü Ayan Zaur qızı Əliyevanın idarə etdiyi avtomobil yol kənarındakı maneəyə çırpılıb.
Hadisə nəticəsində xəsarət alan A.Əliyeva təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub.
Fakt araşdırılır.