AZ

Bu gün Macarıstanda İnqilab Günü qeyd olunur

Yazını böyüt
Yazını kiçilt

15 mart Macarıstanda 848-ci ildə Avstriya İmperiyasına qarşı baş vermiş inqilab və ardıyla başlayan Müstəqillik Müharibəsinin xatirəsi qeyd olunur.

Hafta.az-ın yazdığına görə, bu, demokratiya və milli müstəqillik rəmzidir. Bu, Macarıstanın suverenliyinin simvoludur.

1948-ci ildə baş verənlərə bir az nəzər salaq.

1848-ci il inqilabı, vergilərlə bağlı geniş yayılmış milli narazılıq, mətbuat və din azadlığı, Macarıstanda müstəqil parlament yaratmaq istəyinin fonunda başladı və bu fenomen bir ildən çox davam edən genişmiqyaslı müharibə ilə nəticələndi. Müharibədən əvvəl Macarıstan (əvvəllər Macarıstan krallığı) Avstriya imperiyasının tabeliyində idi.

1849-cu ildə macar xalqının Avstriya-Hapsburq hakimiyyətinə qarşı başladığı inqilab Macarıstan tarixinin gedişatını formalaşdırdı. Məğlubiyyətinə baxmayaraq, inqilab Macarıstan tarixində əsas məqam kimi görünür və müasir Macarıstanın yolunu müəyyənləşdirən ideyalara işıq salıb. 1848-ci ildə baş verən hadisələr Macarıstanın bir ölkə kimi müstəqilliyinin bünövrəsini qoyub, milli kimliyin qurulması üçün həlledici hesab olunur.

Bu bayram günündə Macarıstanda insanlar yaxalarına müstəqillik uğrunda mübarizədə həyatını itirmiş əcdadlarının xatirəsini yad etmək üçün qırmızı, ağ və yaşıl rəngli lentlər taxır, Macarıstan bayrağının rəngləri olan paltarlar geyinirlər.

Tədbirlərə Peştdə yerləşən Macarıstan Milli Muzeyində 1848-ci ildə İnqilabda böyük rol oynamış Şandor Petőfinin yazdığı “Nemzeti dal” oxunmaqla start verilir. Bayram tədbirləri ənənəvi olaraq çıxışlar və musiqi ilə qeyd olunur,

Seçilən
13
hafta.az

1Mənbələr