Bakı. Trend:
Qlobal Cənubun dövlətləri keçmişin problemlərinin həllinəfokuslanıb, hərçənd gələcəyin çağırışlarına lazımınca diqqətayrılmır.
Trend xəbərverir ki, bunu BMT Baş Katibinin köməkçisi, informasiyatexnologiyaları üzrə direktor Bernardo Mariano XII Bakı QlobalForumu çərçivəsində keçirilən "Yeni dünya üçün yeni texnologiyalar"mövzusunda panel müzakirəsində etdiyi çıxışda deyib.
“İndidən bu problemlərin həllinin üzərinə düşməsək, dünya ikiqatböhranla üzləşəcək. Texnologiyaların ildırımsürətli inkişafıhökumətlərdən operativ reaksiya tələb edir. Misal üçün, süniintellektin əsl yüksəlişi 2022-ci ildə ChatGPT kimi generativ süniintellektlərin meydana gəlməsi ilə başlayıb.”,-deyə o bildirib.
Onun sözlərinə görə, bu sahədə tərəqqi inanılmaz templərləgedir. 17 yaşlı tələbənin zəkasına bərabər olan modeldən, dünya ənçətin tapşırıqları belə həll etməyə qadir olan avtonom süniintellektə qədər inkişaf etməkdədir. Dövlət sektorunun budəyişikliklərə hazır olması vacibdir. Bernardo Marion vurğulayıbki, süni intellekt cəmiyyət üçün böyük potensiala malikdir:bərabərsizliyə qarşı mübarizə, uşaqların qorunması, cinayətlərinqarşısının alınması, iqlim böhranının həlli, yoxa çıxmaqda olandillərin qorunub saxlanılması və s.
“Lakin, istənilən başqa texnologiya kimi, süni intellektindəqaranlıq tərəfi var. Avtonom silahlar və digər mümkün təhdidlərəbeynəlxalq ictimaiyyət xüsusi diqqət ayırmalıdır”, -deyə obildirib.