AZ

Sumqayıtda narkotik vasitələr və psixotrop tərkibli həblər aşkarlandı

Bakı. Trend:

Sumqayıt şəhəri ərazisində polis əməkdaşları tərəfindən narkotikvasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri davametdirilir.

Trend xəbər verir ki, bu barədə DİN-in MətbuatXidməti məlumat yayıb.

Bildirilib ki, daxil olan məlumatlar əsasında keçirilənəməliyyat nəticəsində əvvəllər məhkum olunmuşlar – 47 yaşlıR.Ağayev və 46 yaşlı R.Abdulov saxlanılıb.

Onların üzərindən, həmçinin yaşadıqları evlərə baxış zamanı 1kiloqrama yaxın müxtəlif adda narkotik vasitələr və psixotroptərkibli həblər aşkarlanıb.

Faktlarla bağlı araşdırmalar aparılır.

Məqalədə:
Seçilən
1
az.trend.az

1Mənbələr