AZ

İtaliya millisinin heyəti açıqlandı

İtaliya millisinin Millətlər Liqasının 1/4 final mərhələsinin martdakı oyunları üçün çağırılan futbolçularının siyahısı açıqlanıb.

News24.az xəbər verir ki, baş məşqçi Luisiano Spaletti 25 futbolçuya dəvət göndərib.

Qeyd edək ki, İtaliya martın 20-də Almaniyanı qəbul edəcək, martın 23-də səfərdə oynayacaq.

Qapıçılar: Canluici Donnarumma (PSJ), Aleks Meret (Napoli), Quqlyelmo Vikario (Tottenhem);

Müdafiəçilər: Alessandro Bastoni (İnter), Alessandro Bunqyorno (Napoli), Rikkardo Kalafiori (Arsenal), Andrea Kambiaso (Yuventus), Pietro Komutso (Fiorentina), Covanni Di Lorenso (Napoli), Federiko Qatti (Yuventus), Matteo Ruqqeristini (Atalanta)

Yarımmüdafiəçilər: Nikolo Barella (İnter), Davide Frattesi (İnter), Çezare Kasadei (Torino), Samuele Riççi (Torino), Nikolo Rovella (Latsio), Sandro Tonali (Nyukasl);

Hücumçular: Moyse Kin (Fiorentina), Lorenzo Luka (Udineze), Daniel Maldini (Atalanta), Mateo Reteqi (Atalanta), Matteo Politano (Napoli), Cakomo Raspadori (Napoli), Mattia Zakkani (Latsio)./publika


Seçilən
15
1
news24.az

3Mənbələr