AZ

Azərbaycanda süni intellektdən istifadə edilərək pilot layihə icra olunur

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Beynəlxalq araşdırma şirkətlərinin təhlilinə əsasən, süni intellektin tətbiqi nəticəsində Azərbaycan iqtisadiyyatı əlavə dəyər qazanacaq. Bu da özlüyündə müxtəlif sahələrdə - həm kənd təsərrüfatında, həm nəqliyyat sahəsində, həm də logistikada qənaət edilməsinə şərait yaradacaq".
Bu fikirləri Oxu.Az-a açıqlamasında Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin icraçı direktoru Fariz Cəfərov deyib.
O bildirib ki, sənaye subyektlərində prosesləri sadələşdirmək qənaət gətirməklə yanaşı, prosesi sürətləndirəcək:
"Azərbaycanda "195" Çağrı Mərkəzində süni intellektin tətbiqi ilə bağlı pilot layihə artıq reallaşdırılır: zəng edən vətəndaşların fikirləri mətnə çevrilir, problem müəyyənləşdirilir, ona uyğun qanunlarda aidiyyəti cavablar tapılır. Operatorların performansının hesablanması da bu pilot layihədə yer alıb".
Məhərrəm Əliyev
Seçilən
1
oxu.az

1Mənbələr