AZ

Türk xalqlarında Novruz bayramı 

Hələ lap qədimlərdən Qazaxıstanda da Novruzun gəlişini elliklə 10 gün  bayram edirlər. Bizdə 4 çərşənbəni ehtiva etdiyi halda, qazax ellərində bayrama hazırlıq  martın 14-dən başlayır.

Dünən Qazaxıstanda Körisi kuni Görüş günü idi. Buna Amal günü də deyirlər indi.

Martın 14-dən başlayaraq əsasən Qərbi Qazaxıstan yurdlarında yaşayan insanlar martın 23-nə qədər (tarixlər təqvim il ilə əlaqədar, eləcə də həftənin şənbə və bazar günlərinə görə geri və ya irəli çəkilə bilir) hər gün böyüklərin, yaşlıların, qohumların evinə gedib, pay-parça ilə, şirniyyatla onların qapısını döyüb, sevindirirlər.

 

Qazaxıstandan olan yazıçı dostumuz Madi Raimov deyir ki, Amal bizim ən sevincli, ən səmimi bayramlarımızdan biridir.  Bu təkcə baharı qarşılamaq əyyamı deyil, eyni zamanda qədim ənənələrin dirçəldilməsi, birliyin, böyüklərə hörmətin gücü və qışdan yaza çıxmağın, eyni zamanda qışda baş tutmayan görüşlərin yenilənməsi bayramıdır.

Baharda oyanan torpağın hənirtisi, təbiətin oyanışı yeni həyatın başlamasından xəbər verir. Bu həm də yaxında-uzaqda yaşayan qohum-qonşuların evinə gedib onları şad etmək, dərdlərinə şərik olmaq, sevincləri bölüşmək üçün bir bəhanədir. Bu görüşlərdən sonra isə Novruz bayramına hazırlıqlar başlayır. Ta qədim zamanlarda Qərbi və Şimali Qazaxıstanda olan  sərt qış səbəbindən insanlar qış aylarında bir-birindən xəbər tutmazdılar, torpaq oyanan kimi, günəş bir azca nəfəsini yayan kimi insanlar nigaran olduqları doğmaların  evinə gedib, onların qışdan sağ-salamat çıxıb-çıxmadığını öyrənir, mal-qarası tələf olan qohumuna yardım edirdilər.

Qazax xalqının əziz qonağını qarşılamaq üçün hazırladığı ən baş yemək beşbarmaqdır. Novruzu qarşılamağa hazırlaşan ev sahibi də gələn qonağı üçün dəstərxana evindəki bayramı qarşılamaq üçün saxladığı ən dadlı nemətləri düzür, baursak, beşbarmaq bişirir, kumıs süzür. O vaxtlar qəzet, informasiya daşıyıcıları olmadılğından qonağı gələn evə ətrafdakılar da yığılır, gələn qonaqdan təzə xəbərləri öyrənir, özləri də qonağa bildikləri xəbərləri danışırdılar. Ən əsası da bir- birini təbrik edəndə deyirdilər ki, «Bir jasınızben!” Бір жасыңызбен!»- Bir yaşınız mübarək!”.  Yəni ki, bir ili tələfatsız yola vermişik.

 

Türk  Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova xanım da  bu bayramı xüsusi qeyd edir. Deyir ki, hələ lap qədimlərdən Mangistau vilayətindəki ən uca Otpan tau dağında bu bahar günlərində ilk tonqal qalanar, bu tonqalın işığı bütün ətrafdan görünərdi. Həmin tonqalı görən digər  el-oba, yurdlar da baharın gəlişini bayram etmək üçün tonqal qalayar və uzaqlara  tonqalın işığı ilə xəəbər ötürırdilər. Sonra da doğmalarını yad etmək üçün  xurcunlarını doldurub, onları yoluxmağa gedərdilər. İndi Qazaxıstanda Körisu küni yenə də elliklə, hər yerdə, hətta dövlət səviyyəsində qeyd olunur. Bu münasibətlə Qazaxıstanın Prezidenti Kasım Comard Tokayev “Novruznamə” adlı bir proqram təsdiq edib. Bu proqramda  14 martdan -23 marta kimi olan hər gündə ölkənin hər yerində  uyğun tədbir keçirilir. Novruznamədə vətəndaşlarımızın həyatının bütün sahələri əks olunub. Bu proqramda  xeyriyyəçilik tədbirlərindən başlayaraq, mədəni tədbirlər , eləcə də milli –mədəni irsimiz, ekologiyaya aid aksiyalar da nəzərdə tutulub. Bütün ölkə boyu 10 gün ərzində 10 mindən artıq  müxtəlif adlı, müxtıəlif formalı tədbirlər, eləcə də sərgilər, festivallar keçiriləcək.
 

14 mart- Həmin proqramın ilk günü Korisü künu- Amal merekəsidir. Bu görüş günüdür. Qazaxlar lap qədimlərdən baharın gəlişini 14 martdan etibarən qeyd etməyə başlayardılar. Belə ki, Novruzun gəlişinə bir həftə qalmış  həyət-bacalarının, mülklərinin, heyvan-davarını sayar, qışdan zərər və ya xeyirlə çıxdıqlarını hesabalayardılar.

 

 

15 mart- Kayırımdılık küni- Xeyirləşmə günüdür.  Həmin günü də insnalar bir-birini hədiyyələrlə sevindirir, kasıba-, yetimə, kimsəsizə, aztəminatlıya  pay paylayırlar. Bu artıq dövılət səviyyəsində də qeyd olunur.

 

16 mart- Mədəniyyət və milli ənənələr günü. Adından göründüyü kimi, belə gündə yarmarkalar, bazarlar  təşkil olunur, insanlar öz zəhmətləri ilə düzəltdikləri əl işlərini, toxuduqları keçə xalçaları, yurta qurmaq üçün quramaları satışa çıxarırır, nümayiş etdirirlər. Kinoteatrlarda isə  milli kinonun məhsulu olan  “Qız Jibek”, “Jay Jurek mın bala” və “Tomiris” filmləri bir həftə ərzində  pulsuz nümayiş olunur.

 

17 mart – Şanırak küni- Şanırak günüdür. Bu tarixdə isə evlənmək istəyənlərin əksəriyyəti  milli geyimdə kəbin kəsdirir, ağsaqqallardan, ağbirçəklərdən xeyir-dua alırlar. 50 və 25 il birlikdə yaşayan ər-arvada xüsusi hədiyyələr bəxş olunur. Onlara Gümüş toy və Qızıl toy çalınır. Tələbələrə və gənclərə ailə təməli və möhkəmliyi haqqında məruzlərlər oxunur, yaradıcılıq gecələri keçirilir, tədbirlərdə qalib gələnlərə yaddaqalan hədiyyələr verilir.

 

18 mart - Ülıttık kiiim küni- Milli geyim günüdür. Adından göründüyü kimi, kiçikdən böyüyə bu gündə , ümumiyyətlə 10 gün ərizndə hətta rəsmi iş yerlərində belə milli geyimlərini geyinib gəlirlər.  Qazaxıstanlı milli geyim dizaynerlərinin  müsabiqələri, konkursları, eləcə də  geyim və moda təqdimatları keçirilir. Buna görə də Qazaxıstanda hər bir özünü qazax sayan insanın qarderobunda milli geyimi vardır.

 

19 mart –Janaru küni- Yenilənmə günü kimi qedy olunur.  Bu gün  hər bir qazaxıstanlının yeni həyatının başlanmasının ilk dövrünü ehtiva edir. Bu gündən etibarən ölkənin hər yerində ağacəkmə kompaniyasına start verilir, ağaclar əkilir, bağ-bağçalara qulluq edirlir. Vətənin yenidən çiçəklənmə dövrü başlayır.

 

20 mart  -Ülıttık sport küni- Milli idman növləri günü. Bütün türk xalqlarında olduğu kimi Qazaxıstanda da bütün bayram və mərəkələrdə  güləşçilər meydana çıxıb, qollarının gücünü sınayıblar. Müxtəlif milli yarışlar keçirilib. Qazaxlar lap qədim idman oyunlarını  kaka bəyge, kökpar, audarıspak, jambı atu,  tenge ilü,  kuşbegilik, toğuz kumalak, asık atu, sadak tartu kimi yarış oyunlarını  bu günə kimi qoruyub saxlaya biliblər. Bu oyunlarda köçəri həyatının gücü, ruhu və özəlliyi vardır.   

 

21 mart- Inıtmak küni- Həmrəylik günü. Bu bayramda da qazaxıların əsrlərdən bəri qoruyub saxladıqları milli və ənənəvi könül həmrəyliyi və dost, qardaş həmrəyliyi adəti özünü büruzə verir. Bu bayramda isə ədalət, haqq, insanlıq, xeyirxahlıq ənənələrinin yaşamasına aid tədbirlər keçirilir.

 

22 mart- Jıl bası- İlin başlanğıcı.  Ölkənin hər yerində qurulan etno kəndlərdə milli və mədəni bayramlar keçirilir, hər yerdə qazax və bu ölkədə yaşayan xalqların musiqiləri səslənir, Qazaxıstanda yaşayan xalqlar öz çadırılarında milli-mədəni  adət-ənənələrini, yeməklərini gələn qonaqlara təqdim edirlər. Aullarda, obalarda, ellərdə, yurtalarda, şəhərlərdə Novruzun rəngləri könül oxşayır.

 

23 mart Tazaru küni- Təmzilənmə, arınma günü.  Bu günün mənası isə həm daxilən, həm də zahirən təmzilənməni ehtiva edir. Ölkənin hər yerində  ekoloji aksiyalar keçirirlir, insanlar təbiət anaya qulluq edir, ağac əkir, torpağı belləyir, həyət-bacasını sahmana salır, bacardıqları qədər təmzilik işləri aparırlar.
 

Бір жасыңызбен! Жақсылық, амандық, береке болсын! Барлық түркі халықтарын осы ұлы мерекемен құттықтаймыз.

 

Aida Eyvazlı Göytürk 

Seçilən
3
modern.az

1Mənbələr