AZ

ABŞ bu ölkənin səfirini qovdu

ABŞ dövlət katibi Marko Rubio Cənubi Afrikanın ABŞ-dəki səfiri İbrahim Rəsulun “persona non-qrata” elan edildiyini açıqlayıb.

"Cebheinfo.az" xəbər verir ki, Katib Rubio özünün "X" sosial media hesabında İbrahim Rəsulla bağlı paylaşım edib:

"O, irqi motivli təxribatçı şəxsdir və Amerikaya və ABŞ Prezidentinə nifrət edir. Bizim onunla müzakirə edəcəyimiz heç nə yoxdur”.

Qeyd edək ki, Cənubi Afrika Respublikasının İsrailə qarşı Beynəlxalq Ədalət Məhkəməsində (ICJ) qaldırdığı soyqırım iddiasından sonra iki ölkə arasında siyasi gərginlik artıb.

Seçilən
1
cebheinfo.az

1Mənbələr