Bakı. Trend:
Azərbaycan “Coursera” platforması ilə əməkdaşlığa başlayıb.
Trend xəbərverir ki, bunu bu gün Dördüncü Sənaye İnqilabının Təhlili vəKoordinasiya Mərkəzinin (4SİM) icraçı direktoru Fariz Cəfərov XIIBakı Qlobal Forumu çərçivəsində keçirilən "Yeni dünya üçün yenitexnologiyalar" mövzusunda panel müzakirəsində etdiyi çıxışdabildirib.
O qeyd edib ki, bu tərəfdaşlıq nəticəsində 100 mindən çoxAzərbaycan vətəndaşı 8 mindən çox onlayn kursa ödənişsiz çıxış əldəedəcək.
Fariz Cəfərov vurğulayıb ki, yeni texnologiyaların tətbiqimilyonlarla yeni iş yerlərinin yaradılmasına səbəb olsa da, eynizamanda 92 milyon iş yerinin ixtisarına gətirib çıxaracaq. Bunagörə də ölkə vətəndaşlarının bazar dəyişikliklərinə uyğunlaşabilməsi üçün onları lazımi bacarıqlarla təmin etmək vacibdir. Bukontekstdə “Coursera” ilə layihə vətəndaşların təhsil alması vəixtisasını artırması üçün mühüm addım olacaq.
“Rəqəmsal təşəbbüslər çərçivəsində dövlət Azərbaycan dilindəböyük dil modellərinin yaradılması üzərində fəal iş aparır. Bu,ölkənin rəqəmsal suverenliyinin gücləndirilməsi istiqamətindəəhəmiyyətli bir addım olacaq,”- deyə o bildirib.
Onun sözlərinə görə, süni intellekt texnologiyalarının "rəqəmsaloxşarlar" əsasında müxtəlif sahələrdə, məsələn, kənd təsərrüfatı vətəhsil sektorunda tətbiqi planlaşdırma və infrastrukturun inkişafıməsələlərinin operativ həllinə imkan verəcək.
"Bu cür layihələr sahibkarlar, hökumət qurumları və vətəndaşlarüçün prosesləri sürətləndirməyə və həyat keyfiyyətiniyaxşılaşdırmağa kömək edəcək,"- deyə Fariz Cəfərov əlavə edib.
Qeyd edək ki, XII Qlobal Bakı Forumu 13-15 mart tarixlərindəkeçirilir. Forum Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən“Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətəçevrilməsi” şüarı altında təşkil olunub.
Tədbir çərçivəsində qlobal geosiyasi dəyişikliklər, çoxtərəfliyanaşma, qlobal səhiyyə böhranı, bərpa və dünyanın regionalsabitliyi, COP29 və digər vacib qlobal məsələlər müzakirəolunacaq.
Forum 60-dan çox ölkədən 300-dən artıq dünya liderini bir arayagətirəcək. Onların sırasında həmçinin 25-dən çox sabiq prezident,15-dən çox keçmiş baş nazir, BMT və beynəlxalq agentliklərintəxminən 10 rəhbəri, həmçinin 25-dən çox keçmiş nazir və nazirmüavini yer alacaq.