AZ

Tramp jurnalistlər tərəfindən “döyüldü”

Amerikalı jurnalistlər təsadüfən ABŞ prezidenti Donald Trampın üzünə mikrofonla zərbə endiriblər.

Publika.az xəbər verir ki, hadisə Amerika liderinin növbəti brifinqində baş verib.

Brifinq zamanı Tramp ənənəvi olaraq sualları cavablandırmağa başlayarkən jurnalistlərdən biri müvazinətini itirərək mikrofonu onun üzünə vurub.

Tramp bu hadisəyə aqressivlik nümayiş etdirməyib. Əksinə, təbəssüm və istehza ilə reaksiya verərək, jurnalistin sözün əsl mənasında media üçün yeni bir xəbər yaratdığını qeyd edib.

Seçilən
1
publika.az

1Mənbələr