Amerikalı milyarder İlon Mask 2026-cı ilin sonunda göyərtəsində “Optimus” insanabənzər robotunun olacağı “Starship” kosmik gəmisinin Marsa göndəriləcəyini elan edib.
İndex.az xəbər verir ki, o, bu barədə “X” sosial şəbəkəsindəki paylaşımında yazıb.
“Starship” gələn ilin sonunda Marsa uçacaq, onun bortunda “Optimus” olacaq”, – İ.Mask bildirib və qeyd edib ki, əgər uçuşlar uğurlu keçsə, göyərtəsində insanların olduğu kosmik gəmilər artıq 2029-cu ildə göndərilə bilər.
“İnsanların eniş etməsi üçün daha çox ehtimal olunan tarix 2031-ci ildir”, – o əlavə edib. (Report)