AZ

Azərbaycanın iki tələbi də yerinə yetirilməlidir - Rəşad Bayramov

Yazını böyüt
Yazını kiçilt

“Sülh sazişinin bağlanması üçün ortada Azərbaycanın iki şərti qalır. Bunlardan biri Ermənistan konstitusiyasında Azərbaycan ərazilərinə qarşı ərazi iddiaları ilə bağlı dəyişikliklərin edilməsi, ikincisi ATƏT-in Minsk Qrupundan birgə imtinadır. Bu məsələlər həllini tapandan sonra nəticələrdən danşmaq olar”.

Bunu hafta.az-a politoloq Rəşad Bayramov Azərbaycanla Ermənistan arasında sülh sazişi və dövlətlərarası münasibətlərin qurulması layihəsi üzrə danışıqların başa çatması, sərhəddə üçüncü dövlətin qüvvələrinin yerləşdirilməməsi ilə bağlı gözləntilərə dair açıqlamasında bildirib.

Politoloq sülh sazişinin mətnində iki razılaşdırılmamış məsələyə diqqət çəkib.

“Həmin razılaşdırılmamış məsələlərdən biri üçüncü qüvvələrin sərhəd bölgəsindən çıxarılması ilə bağlıdır. Paşinyan da öz bəyanatında üçüncü qüvvələrin sərhəddən çıxarılacağı ilə bağlı anons verib. Digər bir məsələ,  beynəlxalq məhkəmələrə mürciətlərdən qarşılıqı şəkildə imtina idi. Əgər sülh sazişinin razılaşdırılmasından söhbət gedirsə, bununla bağlı müsbət nəticələr əldə olunub. Amma bütün bunlar sülh sazişinin imzalanacağı anlamına gəlmir”.

Seçilən
20
hafta.az

1Mənbələr