AZ

Görünən odur ki, Ermənistan Azərbaycanla sülh müqaviləsində maraqlıdır - Aydın Mirzəzadə

Yazını böyüt
Yazını kiçilt

“Ermənistanın tərəddüdlərinə baxmayaraq, Azərbaycanın mövqeyi sonda qəbul edildi. Görünən odur ki, Ermənistan Azərbaycanla sülh müqaviləsində maraqlıdır və bunu özünün dövlətçiliyində vacib element hesab edir. Yəqin ki, yaxın zamanlarda onun imzalanması ilə bağlı məlumatlar ortaya çıxacaq”.

Bunu hafta.az-a deputat Aydın Mirzəzadə Ermənistan- Azərbaycan arasında sülh müqaviləsinin imzalanması ilə bağlı tamamlanan danışıqları şərh edərkən bildiirb.

A.Mirzəzadə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin son mətninin razılaşdırılmasını müsbət irəliləyiş kimi dəyərləndirib.

“Azərbaycan sülh müqavilsində ikitərəfli münasibətlərdə bütün aspektlərin əks edilməsini və gələcəkdə Ermənistanın Azərbaycana qarşı hər hansı bir təhlükənin olmaması prinsipini əsas götürürdü. Bu, ikitərəfli münasibətlərin yaranması barədə müqavilədir. Bu da o deməkdir ki, tərəflər diplomatik münasibətlər qurub, səfirlik mübadiləsi edəcəklər. Azərbaycanla Ermənistan arasındakı münasibətlər bundan sonra iki dövlət arasında olan bütün sahələri əhatə edəcək”.

Seçilən
20
hafta.az

1Mənbələr