AZ

“Liverpul” “Atletiko”nun hücumçusu ilə maraqlanır

“Atletiko”nun futbolçusu Xulian Alvares karyerasını İngiltərədə davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, “Liverpul” argentinalı hücumçunun xidmətində maraqlıdır. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.

Madrid təmsilçisi Alvares üçün azı 100 milyon funt-sterlinq tələb edir. “Liverpul” forvard üçün komandada çıxış edən Darvin Nunyesi verməyə hazırdır.

Alvares bu mövsüm 43 oyunda 22 qol vurub.

Seçilən
16
futbolpress.az

1Mənbələr