AZ

Kanadadan ABŞ-yə sərt cavab

Castin Trüdonun istefa verməsindən sonra Kanadanın yeni baş naziri olan Mark Karni and içdikdən sonra jurnalistlərə açıqlama verib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, ABŞ prezidenti Donald Trampın "Kanadanı ABŞ-ın 51-ci ştatı etmək" təklifini bir suala cavab olaraq qiymətləndirən Karni, "Biz heç vaxt, heç bir şəkildə ABŞ-ın bir hissəsi olmayacağıq" deyib. ABŞ və Kanada arasında böyük fərqlərin olduğunu vurğulayan Karni, "İndiki keçirdiyimiz mərasimə baxın. Amerikada belə bir mərasim olmazdı. Mənim arxamdakı kabinetə baxın. Amerikada belə bir kabinet olmazdı. Biz kökündən çox fərqli bir ölkəyik" deyib. "Amerika Kanada deyil" deyən Karni, hökumətdəki nazirlərin onunla həmfikir olduğunu vurğulayaraq, "Şəxsən mən aydın idim. Mənim arxamdakı nazirlər də onlara heç vaxt, heç bir şəkildə ABŞ-ın bir hissəsi olmayacağını soruşduqda açıq şəkildə bildirdilər" deyib.

Kanadanın yeni baş naziri Mark Karni deyib: “Biz heç vaxt, heç bir şəkildə Birləşmiş Ştatların bir hissəsi olmayacağıq”.

Müəllif: Ziya Hikmətoğlu
Seçilən
1
sia.az

1Mənbələr