“Qrenlandiyanın ilhaqı baş verəcək” deyən ABŞ prezidenti Tramp bu dəfə gözünü Rusiyadan sonra dünyanın ikinci böyük ölkəsi olan Kanadaya dikib. ABŞ dövlət katibi Marko Rubio Trampın Kanadanı ilhaq etmək təklifi ilə bağlı sualları cavablandırıb. Trampın açıqlamalarını müdafiə edən Rubio, “Tramp iqtisadi baxımdan Kanadanın ABŞ-a qoşulmasının daha yaxşı olacağını bildirdi” deyib.
KONKRET.az xəbər verir ki, ABŞ dövlət katibi Marko Rubio Kanadada keçirilən G7 xarici işlər nazirlərinin toplantısından sonra mətbuatın suallarını cavablandırıb.
“PREZİDENT TRAMP KANADA HAQQINDA CİDDİDİR”
“Tramp Kanada ilə bağlı fikirlərində çox ciddidir. Kanada hökuməti bu barədə nə düşündüyünü açıq şəkildə bildirib. Prezident Tramp iqtisadi baxımdan Kanadanın ABŞ-a qoşulmasının daha yaxşı olacağını da söyləyib. Prezidentin mövqeyi ilə Kanada hökumətinin fikirləri üst-üstə düşmür. Bu, sirr deyil”, – Rubio bildirib.
KANADANIN YENİ PREZİDENTİ KARNİNİN RUBİOYA REAKSİYASI
Digər tərəfdən Kanadanın yeni Baş naziri Mark Karni vəzifəyə gəldikdən sonra mətbuata verdiyi ilk açıqlamada ABŞ dövlət katibi Rubionun Kanada torpaqları ilə bağlı “51-ci əyalət” açıqlamalarına cavab verib. Karni Rubionun şərhlərini “dəlilik” adlandıraraq, “Biz heç vaxt Birləşmiş Ştatların bir hissəsi olmayacağıq” deyib.
Aynurə İsmayıl
KONKRET.az