AZ

Rusiya qırıcıları bu Asiya ölkəsinin hava məkanına daxil oldu

Rusiya döyüş təyyarələri Cənubi Koreyanın hava məkanına daxil olub.

Publika.az xəbər verir ki, bu barədə Cənubi Koreya Baş Qərargahı açıqlama yayıb.

Bildirilib ki, çox sayda Rusiya təyyarələri Seul tərəfindən birtərəfli qaydada müəyyən edilmiş hava hücumundan müdafiə sisteminin (HHM) identifikasiyası zonasına daxil olub.

Təyyarələrin bölgəyə girmədən bir müddət əvvəl aşkar edildiyi və Cənubi Koreyanın öz döyüş təyyarələrini havaya buraxdığı qeyd olunub.

Seçilən
3
publika.az

1Mənbələr