AZ

Tramp Qlobal Media Agentliyi də daxil olmaqla, 7 federal qurumun ləğvi ilə bağlı sərəncam imzalayıb

Prezident Donald Tramp ABŞ hökuməti tərəfindən maliyyələşdirilən və hökumət mediasına nəzarət edən Qlobal Media Agentliyinin ləğv edilməsi ilə bağlı sərəncam imzalayıb.

APA xəbər verir ki, sözügedən sənəd Ağ Evin saytında dərc edilib.

Sərəncam yeddi federal quruma da şamil edilib. Qərara əsasən sözügedən qurumların rəhbərləri 7 gün ərzində İdarəetmə və Büdcə İdarəsinin direktoruna sərəncama tam riayət edilməsini təsdiqləyən və rəhbərlik etdikləri hökumət qurumların hansı komponentləri və ya funksiyalarına qanunən və nə dərəcədə ehtiyac olduğuna dair hesabat təqdim etməlidirlər.

Sərəncamın məqsədinin prezidentin federal bütokratiyanın azaldılması qərarı ilə əlaqəli olduğu vurğulanıb.

Qeyd edək ki, "Amerikanın Səsi"nin tabe olduğu ABŞ Qlobal Media Agentliyi Konqres tərəfindən müstəqil qurum kimi təsis edilib və Konqres 2020-ci ildə agentliyin prezident tərəfindən təyin olunan baş direktorunun səlahiyyətlərini məhdudlaşdırmaq üçün qanun qəbul edib. Qlobal Media Agentliyi "Amerikanın Səsi" ilə yanaşı, "Azadlıq Radiosu/Azad Avropa" və "Radio Free Asia"nı da maliyyələşdirir. Təxminən 270 milyon dollarlıq büdcəsi və 2 000-dən çox əməkdaşı olan bu qurum 49 dildə yayımlanır.

Trampın bu qərarı xüsusilə Konqresin nəzarətində olan və ya müstəqil hesab edilən agentliklərə müdaxilə etdiyi üçün mübahisəli addım kimi dəyərləndirilir.

Seçilən
2
9
korrespondent.az

10Mənbələr