AZ

Horadiz-Ağbənd dəmir yolu xəttində ötən il görülmüş işlər açıqlanıb

2024-cü ildə Horadiz-Ağbənd dəmir yolu xəttinin tikintisində 2,3 min kubmetr torpaq işləri yekunlaşıb.

Far.Az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatda bildirilir.

Məlumata əsasən, Horadiz-Ağbənd dəmir yolu xəttinin tikintisində 8 ədəd körpünün, 2 ədəd alt keçidin, 14 ədəd suötürücü boruların və 629 pm istinad divarlarının tikinti işləri tamamlanıb. Bu dəmir yolu xəttində 2 ədəd dəmir yolu tunellərin qazılması, 1 ədəd tunelin və 1 ədəd qalereyanın dəmir-beton işlərinin tamamlanması, 8,6 kilometr rels-şpal çərçivələrinin, 1,6 kilometr uzunölçülü relslərin və 6 ədəd yoldəyişən qurğunun quraşdırılması işləri yekunlaşıb.

Seçilən
1
9
far.az

10Mənbələr