AZ

Bakı-Ələt magistral yolunda yük maşını yanıb

Yazını böyüt
Yazını kiçilt

Bu gün saat 08:55 radələrində Bakı-Ələt magistral yolunun 55-ci kilometrliyində Zaqatala rayon sakini Əliisgəndərov Mehman Əhməd oğlunun idarə etdiyi “DAF” markalı 90-OC-691 dövlət nömrə nişanlı irihəcmli yük maşınında hərəkətdə olarkən yanğın hadisəsi baş verib.

Hafta.az xəbər verir ki, Dövlət Sərhəd Xidmətinin yaxınlıqda yerləşən hərbi hissəsindən dərhal müdaxilə edilərək, əraziyə şəxsi heyət və yanğınsöndürən cəlb olunub. Yük avtomobilində baş verən yanğın genişlənmədən qısa müddətdə söndürülüb.

Seçilən
62
33
hafta.az

10Mənbələr