AZ

Çəkiliş zamanı qəza keçirdi - Təcili əməliyyat olundu - FOTO

Türk məşhur aktyor Aras Bulut İynemli yeni serialı "Deha"nın çəkiliş meydançasında qəza keçirib.

Milli.Az haberler-ə istinadla xəbər verir ki, çəkiliş zamanı topuq nahiyəsində qırıq yaranan İynemli dərhal xəstəxanaya aparılıb və təcili əməliyyat olunub.

Bəzi məlumatlara görə, topuğunda ciddi zədə alan aktyor əməliyyatını uğurla keçib və artıq evdə dincəlir. Həkimlər müalicə prosesini ən qısa zamanda başa çatdırmağı və onu çəkiliş meydançasına geri qaytarmağı gözləyirlər.

Qeyd edək ki, serialın digər baş rollarında Uğur Polat, Taner Ölmez, Onur Saylak, Melis Sezen və Seda Akman kimi tanınmış aktyorlar yer alır. İynemli serialda "Devran Karan" obrazını canlandırır.

Fidan
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Seçilən
5
2
milli.az

3Mənbələr