AZ

XII Qlobal Bakı Forumunda səhiyyə ilə bağlı panel müzakirə keçirilib - FOTO

XII Qlobal Bakı Forumu çərçivəsində "Qlobal Səhiyyə Böhranda: Hazırlılıq və Bərabərlikdə Yeni Cəbhələr" adlı panel müzakirə keçirilib.

APA xəbər verir ki, panel müzakirədə səhiyyə naziri Teymur Musayev deyib ki, süni zəka qanunvericiliyə inteqrasiya olunmalı və bundan ədalətli istifadə prinsipinə riayət edilməlidir.

“Son illərdə qlobal səhiyyə ciddi fəsadlarla üzləşib. Pandemiyalar, iqlim məsələləri, səhiyyəyə müdaxilələr böyük nəticələrə gətirib çıxarır. Dünya tarixi bir keçid mərhələsindədir. Sıfır emissiya prinsipi, “yaşıl xəstəxanalar”ın inşası, iqlim dəyişikliyinə dayanıqlı səhiyyə işçiləri yetişdirmək əsas hədəflərimizdir. Süni zəka qanunvericiliyə inteqrasiya olunmalı və bundan ədalətli istifadə prinsipinə riayət edilməlidir”, - nazir bildirib.

Eyni zamanda, nazir qeyd edib ki, Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatının Akademiyasının təsis edilməsinin tərəfdarıdır.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, İsmail Seragəldin çıxışında qlobal səhiyyə sisteminin qarşısında dayanan real problemlərdən bəhs edib: “Dünyada yayılan qızılca, məxmərək və digər yoluxucu xəstəliklərə qarşı fəal mübarizə aparılmalıdır. Bu xəstəliklər xüsusilə də zəif inkişaf etmiş ölkələrdə daha geniş yayılıb”.

Moldovanın sabiq Baş naziri Kirill Qaburici qlobal səhiyyə problemləri ilə mübarizədə bəzi hallarda prioritetlərin düzgün seçilmədiyini diqqətə çatdırıb. O qeyd edib ki, bu parçalanma və rəqabəti artırır.

İsrailin sabiq Prezidenti Daliya Itzik bildirib ki, problemlərin həlli üçün beynəlxalq əməkdaşlıq mütləqdir: “İnfeksiyalar sərhəd tanımır, yaşanan təcrübələrdən dərs çıxarmaq, nəticələri qonşularla bölüşmək, gələcəkdə yarana biləcək yeni pandemiyalarla mübarizədə səfərbər olmaq çox vacibdir”.

Panel müzakirələrlə başa çatıb.

XII XII XII XII XII XII XII XII XII
Seçilən
18
apa.az

1Mənbələr