AZ

Azərbaycan ÜST-nin Akademiyasının onlayn istifadəsini tətbiq etmək istəyir

Dekabrın 18-də Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Akademiyasının açılışı olub.

APA xəbər verir ki, bunu XII Qlobal Bakı Forumu çərçivəsində səhiyyə naziri Teymur Musayev jurnalistlərə açıqlamasında deyib.

Nazirin sözlərinə görə, Azərbaycan həmin akademiyanın onlayn istifadəsini tətbiq etmək istəyir.

Teymur Musayev qeyd edib ki, ÜST-lə bu barədə razılığa gəlinib: “Bu onlayn akademiyada əsasən, iqlim dəyişikliyinin qlobal səhiyyəyə təsirləri öyrəniləcək, araşdırılacaq”.

Seçilən
9
apa.az

1Mənbələr