AZ

"Luverpul" onu hədəf seçdi: 100 milyondan çox qiyməti var

"Liverpul" "Atletiko"nun 25 yaşlı hücumçusu Yulian Alvareslə maraqlanır.

Publika.az xəbər verir ki, bu barədə "Anfield Watch" məlumat yayıb.

Mənbənin sözlərinə görə, Madrid argentinalı futbolçunu almaq istəyən klublardan 100 milyon funt-sterlinqdən çox məbləğ tələb edəcək. "Liverpul"un Alvares üçün müqavilənin bir hissəsi olaraq hücumçu Darvin Nunesi təklif edəcəyi bildirilir. Mersisaydlılar uruqvaylı futbolçunu 80 milyon funt-sterlinq dəyərləndirirlər.

Qeyd edək ki, Alvares bu mövsüm bütün turnirlərdə 43 oyun keçirib, 22 qol vurub və 5 məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2030-cu ilin yayına kimidir. "Transfermarkt"a görə, futbolçunun bazar dəyəri 80 milyon avrodur.

Seçilən
17
1
publika.az

2Mənbələr