AZ

Virusların peyvəndlərə qarşı müqavimət gücü artır

Virusların peyvəndlərə qarşı müqavimət gücü artır.

Teleqraf xəbər verir ki, bunu XII Qlobal Bakı Forumu çərçivəsində keçirilən “Qlobal səhiyyə böhranda: Hazırlılıq və bərabərlikdə yeni cəbhələr” panel müzakirələrində Hadassah Tibb Təşkilatının Baş Direktoru Yoram Veiss bildirib.

İsraildə ən böyük xəstəxanalardan birinə rəhbərlik etdiyini vurğulayan Veiss səhiyyə sistemində məlumatlıllğın çox vacib olduğunu diqqətə çatdırıb.

“Əfsuslar olsun ki, koronavirus pandemiyası dövründə hətta inkişaf etmiş ölkələrdə belə məlumat mübadiləsində ciddi boşluqlar var idi. Ümumiyyətlə, əgər pandemiya varsa, təcili işçi qrupu yaradılmalı və insanlara doğru informasiya ötürülməlidir. Bu məlumat bütün ölkələr nəzərə alınmaqla bir neçə dilə tərcümə olunmalıdır” – Yoram Veiss qeyd edib.

Seçilən
17
azpost.info

1Mənbələr