Bakı. Trend:
Braziliya milli komandasının heyətində ciddi itki baş verib.
Trend xarici KİV-lərəistinadən xəbər verir ki, “sambaçılar”ın futbolçusu Neymar sıradançıxıb.
“Santos”un vingeri zədələnib. Uzun müddətdən sonra milliyə dəvətalan Neymar heyətdən kənarlaşdırılıb.
Qeyd edək ki, Braziliya millisi DÇ-2026-nın seçmə mərhələsiçərçivəsində martın 21-də Kolumbiya, 26-sı isə Argentina ilə üz-üzəgələcək.