AZ

Ukrayna kimyəvi hücum təşkil edib

Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Rodion Miroşnik bildirib ki, tərkibində zəhərli maddələr olan sursat daşıyan Ukraynaya məxsus pilotsuz uçuş aparatı (PUA) Luqansk vilayətinin Troitskii rayonunda vurulub.

"Cebheinfo.az" xəbər verir ki, Rodion Miroşnik bildirib ki, Rusiya ordusunun kimyəvi müdafiə bölmələri, vurulan Ukrayna PUA-sının sursatında xlor tərkibli kimyəvi maddələrin olduğunu müəyyən edib:

“Almaniya istehsalı olan PUA-da kimyəvi reagentlər, partlayıcı maddələr və əldəqayırma qab quraşdırılıb".

"Ətraflı laboratoriya təhlili apardıqdan sonra kimyəvi müdafiə bölmələri Ukrayna Silahlı Qüvvələrinin istifadə etdiyi zəhərli maddənin növünü dəqiq müəyyən edə biləcəklər. 

Lakin bu, Ukrayna Silahlı Qüvvələrinin mülki əhaliyə qarşı bir sıra beynəlxalq müqavilələrlə qadağan edilmiş kimyəvi zəhərli maddələrdən istifadə etməsi faktını dəyişmir", - deyən Miroşnik hücumun hədəfinin mülki obyekt olduğunu bildirib.

Seçilən
14
cebheinfo.az

1Mənbələr